cümə, 29 mart 2024

BİZİM FUTBOL

İki yerə 3 iddiaçı var

26.04.2017 09:39 Oxundu 1801

Sabah I divizionda sonuncu turun oyunları keçiriləcək. Baş tutacaq qarşılaşmalar Premyer Liqaya son iki vəsiqənin sahibini müəyyənləşdirəcək. 1-ci yeri təmin edən “Turan Tovuz”un ardınca elitaya yüksələcək komandalar 3 görüşün nəticələri ilə bəlli olacaq. Çünki bu iki yerə 3 iddiaçı var. "apasport"un məlumatına görə, əyani duelləri olmayan komandalar fərqli rəqiblərlə üzləşdiyindən hər üç görüş böyük önəm kəsb edir.

Düzdü, ilk “üçlük”də qərarlaşacaq klublar Premyer Liqaya idman prinsipləri ilə vəsiqə qazanacaq. Bunun rəsmiləşməsi isə onların lisenziya alıb-almamağından asılıdı. Meydandan kənarda həll olunan təşkilatı məsələləri arxa plana keçirib, sırf idman prinsipləri ilə klubların Premyer Liqa şanslarını dəyərləndirək. Hazırda 54 xalla 2-ci olan “Səbail” digər iki komanda ilə müqayisədə üstünlüyə malikdi. 2 xallıq fərq bakılıların taleyi öz əlindədi.

Səfərdə autsayderlərdən biri “Bakılı”nı sınağa çəkəcək “Səbail” istənilən hesablı qələbə qazansa, vəsiqələrdən biri onların olacaq. Belə olan halda, “Qaradağ Lökbatan”la “Ağsu” 3-cü yer üçün mübarizə aparacaq. Eyni xala malik komandalardan hansı daha yaxşı nəticə qazansa, Premyer Liqaya yüksələcək. “Turan Tovuz” – “Qaradağ Lökbatan” və “Şəmkir” – “Ağsu” eyni nəticə qeydə alınsa, yəni hər iki iddiaçı udsa, bərabərə qalsa və ya uduzsa onda onlar arasında şəxsi oyunlar həlledici xarakter daşıyacaq. Lökbatanlılar rəqibdən üstün olduğundan (0:2, 3:0) 3-cü vəsiqəyə daha yaxındı. Bir sözlə, onların da taleyi öz əiindədi. İstənilən hesablı qələbə “Qaradağ Lökbatan”ı yüksək dəstəyə aparacaq. “Ağsu” Şəmkirdə büdrəsə, onların da xal itirmək imkanı yaranacaq.

“Səbail” heç-heçə etsə, işini çətinə salacaq. Çünki qərb bölgəsindəki oyunlardan birində izləyicilərinin xal itirməsinə ümid etməlidi. Çünki onlar uduzsa, digər iki iddiaçı qalib gəlsə, hər üç komanda 55 xala malik olacaq. Bu da məhz “Səbail”i kənarda saxlayacaq. Bu komanda “Qaradağ Lökbatan”dan 3 xal (2:4, 3:1) alsa da, “Ağsu”dan zəif (1:1, 2:3) olub. Digər iki komandanın oyununda hər komanda 1 qələbə qazandığından “üçlük”də ən zəif “Səbail”di. Bu üzdən taleyini başqalarının əlinə verib, onların büdrəməsini gözləməmək üçün 2-ci yerin hazırki sahibi mütləq qalib gəlməlidi. Digərlərinin xal itirəcəyi halda isə onlara nəinki heç-heçə, hətta məğlubiyyət də bəs edəcək.

Şəxsi oyunlarda “üçlük”də ən yaxşı olan “Ağsu”nun şansları daha azdı. Çünki onlara qalib gəlmək də yetərli deyil. Əyalət klubu öz qələbəsi ilə birlikdə rəqiblərinin heç olmasa birinin xal itkisini gözləməlidi.

Qeyd edək ki, sabah keçiriləcək hər üç oyun eyni vaxtda başlayacaq.

XXVI tur

27 aprel

16:00. “Turan Tovuz” – “Qaradağ Lökbatan”

16:00. “Bakılı” – “Səbail”

16:00. “Şəmkir” – “Ağsu”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Turan Tovuz

25

17

7

1

60-10

58

2

Səbail

25

17

3

5

73-24

54

3

Qaradağ Lökbatan

25

17

1

7

63-29

52

4

Ağsu

25

16

4

5

63-21

52

5

Şəmkir

25

15

2

8

41-20

47

6

Zaqatala

25

14

4

7

66-31

46

7

Mil-Muğan

25

12

5

8

45-32

41

8

MOİK

25

9

6

10

41-30

33

9

Şahdağ

25

7

6

12

33-45

27

10

Şərurspor

25

7

4

14

36-51

25

11

Energetik

25

5

5

15

24-78

20

12

Bakılı

25

3

2

20

29-92

11

13

Rəvan

25

6

1

18

24-67

10

14

Göyəzən

25

2

4

19

19-93

10