cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Kaka MLS-in ən ödənişli futbolçusu olub

26.04.2017 09:57 Oxundu 1689

ABŞ-ın "Orlando Siti" klubunun yarımmüdafiəçisi Kaka MLS-in ən ödənişli futbolçusu olub. "report" xəbər verir ki, bu barədə "goal.com" Liqanın Həmkarlar İttifaqına istinadən məlumat yayıb. Statistikada müqavilə üzrə təmiz əmək haqqı əksini tapıb. Bura müxtəlif bonuslar daxil deyil.

Ən çox qazanan "10-luq" (milyon dollarla):

1. Kaka ("Orlando Siti", ABŞ) — 7,17

2. Sebastyan Covinko ("Toronto", Kanada) – 7,12

3. Maykl Bredli ("Toronto", Kanada) – 6,5

4. Andrea Pirlo ("Nyu-York Siti", ABŞ) – 5,91

5. David Vilya ("Nyu-York Siti", ABŞ) – 5,61

6. Covani dos Santos ("Los-Anceles Qelaksi", ABŞ) — 5,5

7. Bastian Şvaynştayger ("Çikaqo Fayr", ABŞ) — 5,4

8. Jozi Altidor ("Toronto", Kanada) — 4,9

9. Klint Dempsi ("Sietl Saunders", ABŞ) — 3,9

10. Dieqo Valeri ("Portlend Timbers", ABŞ) — 2,6