cümə, 29 mart 2024

BİZİM FUTBOL

Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib

26.04.2017 12:43 Oxundu 1850

Bu gün AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib.

AFFA-nın baş katibi Elxan Məmmədov və UEFA-nın Məşqçilərin Təhsili şöbəsinin müdiri Frank Ludolph iştirakçılara uğurlar arzulayıb.

Mayın 1-də başa çatacaq 1-ci modulun məşğələləri UEFA təlimatçısı Fritz Şmid, həmçinin yerli mütəxəssislər Aslan Kərimov və Osman Rəhimov tərəfindən keçirilir.