çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Culiya Roberts onlarla şəkil çəkdirdi

26.04.2017 12:57 Oxundu 1655

Məşhur aktrisa Culiya Roberts ötən bazar günü Madriddəki “Santyaqo Bernabeu” stadionunda “Real”la “Barselona” arasında keçirilən “El-Klassiko”nu izləyib. Bu haqda İspaniya mətbuatı məlumat yayıb.

O, Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra “Real”ın futbolçuları Kriştiano Ronaldo, Serxio Ramos və “Barselona”lı Lionel Messiylə şəkil çəkdirib. Məşhur aktrisa oyundan sonra həmçinin stadionun meydançasına daxil olub və orda da şəkil çəkdirib.