cümə, 19 aprel 2024

ŞAHMAT

Şəhriyar Məmmədyarov: "Amma qələbə görsənmirdi"

29.04.2017 08:55 Oxundu 3377

Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialında VII tura yekun vurulub. Hesabat turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla İngiltərə təmsilçisi Maykl Adamsla heç-heçə oynayıb. Partiyadan sonra şahmatçılar nəticənin oyuna görə olduğunu deyib.

Turnirin lideri Şəhriyar Məmmədyarov debütdən sonra üstünlüyünün olduğunu bildirib: "Debütdən azacıq üstünlüyüm görünürdü. Amma qələbə görsənmirdi. Adams çox diqqətli və ehtiyatlı oynadı. Təhlükə başlamadan qarşısını alırdı. Gedişlər bir neçə dəfə təkrarlandığı üçün bərabərə qaldıq".

İngiltərə şahmatçısı Maykl Adams həmkarının dediklərini təsdiqləyib. Onun fikrincə oyunda heç bir şahmatçıda üstünlük yox idi: "Şəhriyar maraqlı debütlə başladı. Lakin bu ona üstünlük gətirmədi. Bərabər səviyyədə oyun getdi. Nəticə oyuna görə oldu. Rəqibdə üstünlük hiss olunmadı. Son iki turda daha yaxşı oyunla xalımı artırmaq istərdim".

Qeyd edək ki, Vüqar Həşimov Memorialı aprelin 30-da başa çatacaq.