cümə axşamı, 25 aprel 2024

BOKS

Kliçko texniki nokautla uduzub

30.04.2017 11:46 Oxundu 4506

Ukraynalı Vitali Kliçko Beynəlxalq Boks Federasiyası (IBF) və Dünya Boks Assosiasiyası (WBA) versiyaları üzrə superağır çəkidə dünya çempionu titullarını qazana bilməyib. Kliçko Londonun “Uembli” stadionunda keçirilən 12 raundluq döyüşün 11-ci raundunda britaniyalı Entoni Coşuaya texniki nokautla uduzub. Ukraynalı boksçu bu dəfə də 2006-cı ildə (IBF) və 2011-ci ildə (WBA) sahib olduğu iki mötəbər versiya üzrə çempion titullarını qaytarmağa nail olmayıb.

Hazırda 41 yaşlı Vitali Kliçkonun hesabında 64 qələbə (53-ü nakautla), 5 məğlubiyyət var. 27 yaşlı Entoni Coşua üçüncü dəfə İBF versiyasında dünya çempionu titulunu qoruya bilib. O hələ də professional rinqdə məğlubiyyət acısı dadmayıb: 19 qələbə - hamısı da nokautla.

Kliçko-Coşua döyüşünü 90 minə yaxın tamaşaçı izləyib. Bu, stadionun kassa rekordudur.