cümə, 29 mart 2024

GÜLƏŞ

Şaban Donat böyüklərdən ibarət komandaya baş məşqçi təyin edilib

01.05.2017 13:53 Oxundu 10682

Yunan-Roma güləşi üzrə yığma komandamızın məşqçilər korpusunda dəyişiklik edilib. Federasiya rəhbərliyinin qərarına əsasən, gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat böyüklərdən ibarət komandaya baş məşqçi təyin edilib.

Azərbaycan Güləş Federasiyasından verilən xəbər görə, yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev böyüklərdən ibarət yığmanın böyük məşqçisi təyin edilib.

Böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi İlqar Abdulov isə gənclərdən ibarət yığmanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək.