bazar, 24 sentyabr 2017

Menu

bazar, 24 sentyabr 2017

ŞAHMAT

Kramnikin Şəmkirə olan sevgisi və...

01.05.2017 14:03

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” superturnirinin təntənəli bağlanış mərasimi zamanı rusiyalı şahmatçı Vladimir Kramnikə hədiyyə təqdim olunub. Azərbaycanlı şahmat həvəskarlarının xüsusi marağına səbəb olan keçmiş rusiyalı dünya çempionu Vladimir Kramnik bağlanış mərasimində sürprizlə qarşılaşıb. Belə ki, şəmkirli həvəskar rəssam Aynur Abdullayeva Vladimir Kramnikə idmançının portretini hədiyyə edib. Aynur Abdullayeva bildirib ki, bu portreti çəkməyə onu vadar edən Kramnikin Şəmkirə olan sevgisi və turnirin açılış mərasiminin gözəlliyindən təsirlənməsi olub.

Xanımın şəxsi əl işi olan portreti idmançıya Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təqdim edib.

Oxundu: 436

© 2017 - NSPSOLUTIONS