çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

“Daşkənd Open 2017” turniri başlayır

02.05.2017 07:25 Oxundu 3924

Bu gün Daşkənddə 11-ci “Daşkənd Open 2017” turniri start götürür. Özbəkistanın birinci qrossmeysteri Georgi Aqzamovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

Turnirin “A” qrupunda 15 ölkədən 71 şahmatçı, o cümlədən 13 qrossmeyster iştirak edəcək. Yarışda Azərbaycanı qrossmeyster Vüqar Rəsulov təmsil edəcək. Vüqarın birinci rəqibi yerli şahmatçı Baxtior Cumayev olacaq. O, qara fiqurlarla oynayacaq.

Geoergi Aqzamovun xatirə turniri çərçivəsində yarışlar iki qrupda - əsas “A” və 12 yaşa qədər uşaqların yarışacağı “B” qruplarında keçiriləcək.

Ümumi mükafat fondu 20 min ABŞ dolları olan turnir mayın 10-da başa çatacaq.