cümə axşamı, 28 mart 2024

ŞAHMAT

Uesli So: "Şəhriyar Məmmədyarov layiqli qələbə qazandı"

02.05.2017 10:15 Oxundu 4498

ShamkirChess 2017 turnirinin iştirakçısı Uesli So yarışın yekunlarıyla bağlı rəsmi sayta açıqlama verib. Vüqar Həşimov Memorialında çıxışını qiymətləndirən ABŞ təmsilçisi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun qələbəsindən danışıb:

"Çıxışım haqqında xoş sözlər demək çətindir. Startda Şəhriyara uduzdum. Səhv etdim, rəqib həmin məni bağışlamadı. Beş ballıq sistemlə oyunuma üç yarım qiyməti verərdim. Son turlarda qələbə qazanmaq vacib idi. Lakin bacarmadım. Hətta IX turda udsaydım tay-brek ola bilərdi. Başa düşürdüm ki, Şəhriyarı daha çox heç-heçə qane edəcək. Bütün fikrimi VIII tura yönəltmişdim. Həmin oyunda Teymur Rəcəbova qalib gəlməyə çalışırdım. Ağ fiqurlarla oyunda üstünlük qazanmadım. Rəcəbov çox yaxşı müdafiə olundu. Heç-heçədən sonra birinci yerə şansım azaldı.

Vüqar Həşimov Memorialının təşkilatçılarına təşəkkür edirəm. Synergy Group Şəmkiri bizə çox doğma şəhərə çevirdi. Bu yarış sözün əsl mənasında güzəştsiz mübarizə idi. Hamı çempion olmaq istəyirdi. Vüqarına adına layiqli turnirdir. Həşimovu çox yaxşı xatırlayıram. Şahmata təzə başlayanda o artıq ulduz idi. Onun karyeras çoxları üçün nümunədir. Maraqlı debütləri olub. Həşimov uduzanda belə rəqibinə hörmətlə yanaşırdı.

Şəhriyar Məmmədyarovu qələbə münasibətiylə təbrik edirəm. Layiqli qələbə qazandı. Səhvləri bağışlamadı, bütün oyunlarda güc qoydu. Vladimir Kramnik kimi dünya çempionunu məğlub etdi. Yarışın son turunda atasını gördüm. Şəhriyarın qələbəsi atasını çox sevindirmişdi. Mən də onu təbrik etdim. Atasının sevinci mən bir qədər kövrəltdi. Məmmədyarovları təbrik edirəm".