şənbə, 27 aprel 2024

BOKS

Boksçulardan ibarət İslamiada heyətimiz

02.05.2017 16:55 Oxundu 5534

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 idmançı qoruyacaq.

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, “Bakı-2015”in bürünc medalçısı Tayfur Əliyev, “Rio-2016”nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıb.

Azərbaycan millisini heyətində Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında boks yarışları “Baku Crystal Hall”da keçiriləcək. Boks yarışları mayın 12-də start götürəcək. Finallar isə mayın 18-nə təsadüf edəcək.