02.05.2017 23:49
1571
Kristiano Ronaldo bir neçə ilkə imza atıb. “Real”ın hücumçusu Çempionlar Liqasının pley-off mərhələsində 52-ci qolunu vurub.
Qitənin ən mötəbər klub turnirinin yarımfinal mərhələsinin ilk oyununda “Atletiko” ilə matçda het-trik edən portuqaliyalı futbolçu bu göstəriciyə çatan ilk oyunçu olub.
Bundan əlavə, yarışın yarımfinal mərhələlərində 12 dəfə rəqiblərini məyus edən portuqaliyalı bu sahədə də hər kəsi qabaqlayır.
Ümumilikdə isə ÇL-də 103 dəfə fərqlənən Ronaldo hazırkı rəqib “Atletiko”dan 3 qol daha çox vurub.