cümə axşamı, 09 may 2024

GÜLƏŞ

Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub VİDEO

03.05.2017 22:21 Oxundu 2611

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir. Güləşçilərimiz ilk yarış günü 2 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) isə gümüş medala sahib olub.

İkinci yarış günündə 65 və 97 kq sərbəst, 53 və 60 kq çəkidə isə qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

60 kq çəkidə qadın güləşçilərin yarışında mübarizə aparan Tatyana Omelçenko Polşa və Belarusdan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Yarımfinalda Latviya idmançısına uduzan təmsilçimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Ukrayna idmançısına qalib gələn Tatyana Omelçenko çempionatın bürünc medalını qazanıb.

65 kq çəkidə mübarizə aparan Gitinomaqomed Hacıyev ilk görüşdə Polşadan olan rəqibini üstələsə də növbəti görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan təmsilçimiz Slovakiyadan olan rəqibinə qalib gəlib. Bürünc medal uğrunda görüşə haqq qazanan G.Hacıyevin rəqibi Gürcüstan idmançısı olub. Görüşü uduzan təmsilçimiz çempionatı 5-ci sırada tamamlayıb.

65 kq
Bürünc medal görüşü - Gitinomaqomed Hacıyev - Zurabi Yakobişvili (GEO) 4:9
Təsəlliverici görüş - Elbrus Çertkoev (SVK) - Gitinomaqomed Hacıyev 6:8
1/4 final - İlyas Bekbulatov (RUS) - Gitinomaqomed Hacıyev 10:0
1/8 final - Gitinomagomed Hacıyev - Krzysztof Bienkovski (POL) 4:1

97 kq
1/4 final - Elizbar Odikadze (GEO) - Aslanbek Alborov 4:1
1/8 final - Aslanbek Alborov - Georgi Ketoev (ARM) 11:1
1/16 final - Egzon Şala (ALB) - Aslanbek Alborov 0:10

53 kq
Təsəlliverici görüş - Anjela Doroqan - Yuliya Leorda (MDA) 0:5
1/4 final - Anjela Doroqan - Vanesa Kaladzinskaya (BLR) 2:7
1/8 final - Estera Dobre (ROU) - Anjela Doroqan 2:8

60 kq
Bürünc medal görüşü - Anhelina Lysak (UKR) - Tatyana Omelçenko 3:8
1/2 final - Anastasiya Qriqoryeva (LAT) - Tatyana Omelçenko 11:1
1/4 final - Madzina Sidakova (BLR) - Tatyana Omelçenko 0:10
1/8 final - Agnieszka Sylwia Krol (POL) - Tatyana Omelçenko 0:2 (tuşe)


Görüşləri aşağıdakı linkdən də canlı izləmək mümkündür.

g