çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

"Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılışı olub

04.05.2017 08:25 Oxundu 5261

Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbirdə iştirak ediblər.

“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında 10 ölkədən 300-dən artıq şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçiriləcək festivalda iştirak edən şahmatçılar arasında 16 beynəlxalq qrossmeyster və 17 beynəlxalq şahmat ustası var.