cümə, 29 mart 2024

GÜLƏŞ

Bu gün 1 qızıl, 1 bürünc medal şansımız var

04.05.2017 16:56 Oxundu 2592

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir. Güləşçilərimiz ilk iki yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub.

Üçüncü yarış günündə 55 və 75 kq qadın, 61 və 74 kq çəkidə isə sərbəst güləşçilər mübarizə aparır.

55 kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik Türkiyə və Almaniyadan olan rəqiblərini üstələsə də yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşü uduzub. Bürünc medal görüşünə haqq qazanan təmsilçimizin rəqibi Serbiya idmançısı olacaq.

74 kq çəkidə yarışan Murad Süleymanov ardıcıl olaraq İspaniya, Fransa, yarımfinalda Rusiya idmançısına qalib gəlib və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Türkiyə təmsilçisi olacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq

55 kq
Bürünc medal görüşü - Merima Galetin (SRB) - Alyona Kolesnik
1/2 final - Bilyana Jivkova Dudova (BUL) - Alyona Kolesnik 12:10
1/4 final - Alyona Kolesnik - Sandra Paruszevski (GER) 10:0
1/8 final - Alyona Kolesnik - Bediha Gun (TUR) 9:2 (tuşe)

61 kq
Təsəlliverici görüş - Andrei Perpelita (MDA) - Əhmədnəbi Qvarzatilov 12:10
1/4 final - Əhmədnəbi Qvarzatilov - Vladimer Xinçeqaşvili (GEO) 5:9
1/8 final - Jozsef Molnar (HUN) - Əhmədnəbi Qvarzatilov 2:10

74 kq
FİNAL - Murad Süleymanov - Soner Demirtaş (TUR)
1/2 final - Axmed Qadjımaqomedov (RUS) - Murad Süleymanov 3:5
1/4 final - Murad Süleymanov - Zalimxan Hacıyev (FRA) 10:5
1/8 final - Murad Süleymanov - Taimuraz Friev Naskidaeva (ESP) 4:1

Görüşləri aşağıdakı linkdən də canlı izləmək mümkündür.