cümə axşamı, 25 aprel 2024

GÜLƏŞ

Son yarış günündə bir bürünc şansımız var

07.05.2017 15:49 Oxundu 2709

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın sonuncu günündə 71, 75, 80 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

75 kq çəki dərəcəsində mübarizə aparan Ruhin Mikayılov ardıcıl olaraq Danimarka və Ukrayna güləşçilərini məğlub edib. Yarımfinalda Rusiya idmançısı Çingiz Labazanova uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Belarus idmançısı olacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq final görüşləri AZTV və İdman Azərbaycan kanallarından canlı yayımlanacaq.

71 kq
1/4 final - Abuiazid Mantsigov (RUS) - Həsən Əliyev 2:1
1/8 final - Həsən Əliyev - Knut Zakarias Tallroth (SWE) 3:2
1/16 final - Həsən Əliyev - Nikita Masjuks (LAT) 8:0

75 kq
Bürünc medal görüşü - Kazbek Kilou (BLR) - Ruhin Mikayılov
1/2 final - Çingiz Labazanov (RUS) - Ruhin Mikayılov 4:1
1/4 final - Ruhin Mikayılov - Yevgen Pyshkov (URK) 4:3
1/8 final - Rajbek Alvievich Bisultanov (DEN) - Ruhin Mikayılov 1:2

80 kq
1/8 final - Aslan Atem (TUR) - Emin Əhmədov 8:0

85 kq
Təsəlliverici görüş - Arif Niftullayev - Yuriy Şkriuba (UKR) 11:2
1/8 final - Metehan Başar (TUR) - Arif Niftullayev 2:1

Görüşləri aşağıdakı linkdən də canlı izləmək mümkündür.

https://livestream.com/unitedworldwrestling/events/7343732 --- A

https://livestream.com/unitedworldwrestling/events/7343740 --- B

https://livestream.com/unitedworldwrestling/events/7343746 --- C

https://livestream.com/unitedworldwrestling/events/7343753 --- D