çərşənbə, 22 noyabr 2017

Menu

çərşənbə, 22 noyabr 2017

GÜLƏŞ

13 güləşçimiz turnirdə qüvvəsini sınayacaq

10.05.2017 22:41

13-14 may 2017-ci il tarixdə Gürcüstan Respublikasının Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.

Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında 13 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. Heyətdə Zülfüqar Əliyev (50 kq), Zaur Nuriyev, Elvin Mustafayev (hər ikisi 55 kq), Kamran Mirzəliyev, Elnur Musayev (hər ikisi 60 kq), Cavid Miralayev (74 kq), Tuncay Vəzirzadə, Aslan Məmmədov (84 kq), Tehran Əminzadə, Soslan Fanziyev, Nizami Şəmilov, Sayqidmaqomed Omarov (hamısı 96 kq) yer alıb.

Turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edəcək.

Oxundu: 659

© 2017 - NSPSOLUTIONS