şənbə, 20 aprel 2024

VOLEYBOL

İslamiada: Türkiyə qalib gəldi

11.05.2017 11:01 Oxundu 3650

Bu gün İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışlarına start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. Bu görüşlərdə A qrupunun yığmaları bir-biri ilə gücünü yoxlayacaq. Açılış matçı Türkiyə ilə Türkmənistan arasında olub. Matçdan Türkiyə 3:0 hesablı qələbə qazanıb. Azərbaycan millisi - Fərid Cəlalovun yetirmələri debütdə Pakistan voleybolçuları ilə mübarizə aparacaqlar. Bu matş 21:30-da başlayacaq.

İslam Həmrəyliyi Oyunları

Voleybol, kişilər

I tur

A qrupu

Türkiyə – Türkmənistan - 3:0 (25:16, 25:14, 25:22)

21:30. Azərbaycan – Pakistan

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.

“Bakı Kristan Zal”

Qeyd edək ki, A qrupunda yer alan Fələstin ilk turda istirahət edəcək. Digər “beşlik”də isə Qətər, Əlcəzair, İran, Səudiyyə Ərəbistanı və Mərakeş mübarizə aparacaq.