şənbə, 20 aprel 2024

VOLEYBOL

İslamiada: Millimiz Fələstin yığmasına qarşı

16.05.2017 11:01 Oxundu 3308

IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışları davam edir. Kişilərin mübarizəsində A qrupunun daha bir görüşü baş tutacaq. İlk iki qarşılaşmada qalib gələrək qrupun vahid lideri olan millimiz növbəti matçını turnirə gecikən Fələstin yığmasına qarşı keçirəcək. Dünən qrupdakı birinci görüşündə Türkmənistanla qarşılaşan və məğlub olan ərəblərin millimizlə oyunda ciddi bir şeylə yadda qalacağı gözlənilmir. Qrup liderliyini əldən vermək istəməyən yığmamız zəif rəqibini asanlıqla məğlub edəcək gücdədir.

İslam Həmrəylik Oyunları

Voleybol, kişilər

III tur

A qrupu

19:00. Fələstin – Azərbaycan

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.

“Bakı Kristan Zal”

S

Komandalar

O

Q

M

S/F

X/F

X

1

Türkiyə

3

2

1

8-5

297-260

6

2

Azərbaycan

2

2

0

6-2

178-170

5

3

Türkmənistan

2

1

1

3-3

130-117

3

4

Pakistan

2

0

2

2-6

163-186

1

5

Fələstin

1

0

1

0-3

40-75

0