çərşənbə, 24 aprel 2024

BOKS

İslamiada: Tayfur Əliyev bürünclə kifayətləndi

17.05.2017 12:17 Oxundu 6302

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsinə start verilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.

56 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançı özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. 1/4 finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb.

Nəticədə Əliyev İslamiadanı bürünc medalla başa vurub.