şənbə, 27 aprel 2024

VOLEYBOL

İslamiada: Azərbaycan və Türkiyə milliləri finalda

17.05.2017 20:17 Oxundu 3774

Mayın 17-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışında yarımfinal görüşləri keçirilib. Bbirinci yarımfinal görüşündə Azərbaycan yığma komandası Tacikistan millisinə hər üç setdə asanlıqla qalib gəlib – 3:0 (25:6, 25:10, 25:6).

İkinci yarımfinal görüşündə isə Türkiyənin və Qırğızıstanın qadın voleybolçuları üz-üzə gəliblər. Görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb - 25:9, 25:14, 25:12.

Beləliklə, qadın voleybolçuların yarışının mayın 18-də keçiriləcək sonuncu oyunlarında Tacikistan və Qırğızıstan komandaları bürünc medallar uğrunda üz-üzə gələcəklər. Final görüşündə isə Azərbaycan və Türkiyə milliləri çempion adı uğrunda yarışacaqlar.

Kişilər arasında voleybol yarışına mayın 21-də yekun vurulacaq.

İslam Həmrəyliyi Oyunları

Voleybol, qadınlar

Yarımfinal

Azərbaycan – Tacikistan - 3:0 (25:6, 25:10, 25:6)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Koçyığıt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibiova.

“Bakı Kristal Zal”

Türkiyə - Qırğızıstan – 3:0 (25:9, 25:14, 25:12)

“Bakı Kristal Zal”