çərşənbə, 22 noyabr 2017

Menu

çərşənbə, 22 noyabr 2017

BOKS

İslamiada: 6 boksçumuz finala yüksəlib

17.05.2017 20:24

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında yarımfinal mərhələsi başa çatıb. Yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb. 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə Hüsseyn İaşaişi (İordaniya) məğlub edib. M.Məcidov 4:0 hesabı ilə qalib gəlib.

O, finalda Manaf Asaadla (Suriya) qarşılaşacaq.

Qeyd edək ki, mayın 18-də keçiriləcək həlledici qarşılaşmalarda Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. M.Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda yarışacaq. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) isə çıxışını bürünc medalla başa vurub.

Oxundu: 564

© 2017 - NSPSOLUTIONS