çərşənbə axşamı, 21 noyabr 2017

Menu

çərşənbə axşamı, 21 noyabr 2017

BOKS

İslamiada: Millimiz boks yarışlarında ilk qızıl medalını qazanıb

18.05.2017 16:59

Mayın 18-də Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında ilk qızıl medalını qazanıb. İslamiadada 60 kiloqram çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev həlledici görüşdə iraqlı Ammar Karbalai ilə qarşılaşıb. Görüşdə 5:0 hesabı ilə qalib gələn boksçumuz “Bakı-2017”nin çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Bu çəki dərəcəsində bürünc medallara türkmənistanlı Hursad İmankuliyev və Qazaxıstan təmsilçisi Sultan Zaurbəy layiq görülüblər.

Oxundu: 566

© 2017 - NSPSOLUTIONS