bazar, 24 sentyabr 2017

Menu

bazar, 24 sentyabr 2017

GÜLƏŞ

İslamiada: 3 güləşçimiz adlarını finala yazdırıb

19.05.2017 11:15

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start verilib. İlk olaraq 4 çəki dərəcəsində təmsilçilərimiz xalça üzərinə çıxıblar.

57 kq

Bu çəkidə ölkəmizi Mahir Əmiraslanov təmsil edəcək. İdmançımız 1/4 final mərhələsində Roland Tambi Nforsonqu (Kamerun) sınağa çəkib. İdmançımız 14:4 hesablı qələbə ilə yarımfinala çıxıb. Yarımfinalda türkiyəli Nəbi Uzunla qarşılaşan Əmiraslanov 15:2 hesablı qələbə sayəsində adını finala yazdırıb.

65 kq

Maqomed Müslimov yarışa 1/8 finaldan başlayıb. Təmsilçimiz Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşıb. Müslimov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb. İdmançımız 1/4 finalda Mabunde Kumba (Qvineya-Bissau) ilə üz-üzə gəlib və 10:0 hesablı qələbə ilə yarımfinala yüksəlib. Final uğrunda görüşdə əfqanıstanlı Malilk Can Sadidlə qarşılaşan güləşçimiz yenə çətinlik çəkməyib - 10:0.

74 kq

Bu çəkidə mübarizə aparacaq Cəbrayıl Həsənov da İslamiada çərçivəsində ilk görüşünü 1/8 final mərhələsində keçirib. O, Peyman Yarəhmədi (İran) ilə münasibətlərinə aydınlıq gətirib.Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi finala qədər irəliləsə, Həsənov bürünc medal uğrunda güləşmək imkanı qazanacaq.

97 kq
Günün ən ağır çəkidəki mübarizəsində millimizin adından dağıstanlı legioner Nurməhəmməd Hacıyev güləşib. 21 yaşlı pəhləvanımız 1/4 finalda Yusup Melejayevlə (Türkmənistan) qarşılaşıb və vaxtından əvvəl qələbə qazanıb. İdmançımız yarımfinalda suriyalı Abdallh Kərəmdən üstün olub - 9:0.

Qeyd edək ki, güləş yığmamız artıq 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Oxundu: 386

© 2017 - NSPSOLUTIONS