çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

Avropa çempionatı turnirində Azərbaycanı beş qrossmeyster təmsil edəcək

23.05.2017 18:12 Oxundu 4780

Mayın 29-da Minskdə kişi şahmatçılar arasında Avropa çempionatı başlayacaq. Turnirdə Azərbaycanı beş qrossmeyster - Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abbasov təmsil edəcəklər. Turnirdə 150-dən çox şahmatçı iştirak edəcək.

Turnir İsveçrə sistemi ilə klassik vaxt rejimində keçiriləcək və 11 turdan ibarət olacaq.

Qeyd edək ki, 1-22-ci yerləri tutan şahmatçılar Gürcüstanda Dünya Kuboku yarışlarına vəsiqə qazanacaqlar.

Turnirin reytinq favoriti Rusiya təmsilçisi Dmitri Andreykindir.