cümə, 29 mart 2024

VOLEYBOL

Voleybolçularımız Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununa çıxırlar

24.05.2017 12:34 Oxundu 3757

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2018-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununa çıxacaq. "apasport"un məlumatına görə, Fərid Cəlalovun yetirmələri startda Türkiyə voleybolçuları ilə üz-üzə gələcəklər. Komandamızın “ay-ulduzlular”a qalib gələcəyi inandırıcı deyil. Çünki yer aldığımız A qrupunun iddialılarından olan qonşu ölkə təmsilçisi həm təcrübə, həm də reytinq baxımından komandamızı arxada qoyur.

A qrupu

24 may

17:00. Türkiyə - Azərbaycan

Hakimlər: Helio Ormonde (Portuqaliya), Milan Raykoviç (Xorvatiya)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

Türkiyə: 1. Əmrə Batur, 2. Caner Pekşen, 4. Burak Güngör, 5. Hesen Yeşilbudak, 7. Gökhan Gökgöz, 9. Serhat Coşkun, 10. Aslan Ekşi, 11. Mert Matiç, 14. Samed Güneş, 16. Murat Yenipazar, 17. Caner Dengin, 18. İzzet Ünver, 19. Yiğit Gülmezoğlu, 20. Mustafa Koç

Lion, İdman Sarayı

Qeyd edək ki, digər rəqiblərimizdən qrup matçlarına ev sahibliyi edən Fransa İslandiya ilə, Almaniya isə Ukrayna ilə üz-üzə gələcək.