şənbə, 20 aprel 2024

VOLEYBOL

Kişi voleybolçulardan ibarət yığmamız Almaniya millisi ilə üz-üzə gəlir

25.05.2017 11:28 Oxundu 4290

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək. İlk matçda Türkiyəyə 0:3 hesabı ilə uduzan voleybolçularımız ikinci oyunda Almaniya yığması ilə üz-üzə gələcəklər. Oyunu xorvatiyalı baş hakim Milan Raykoviç idarə edəcək. İkinci hakim funksiyasını rumıniyalı Alin Mateizer yerinə yetirəcək. A qrupunun digər oyunlarında İslandiya Türkiyəni, Fransa Ukraynanı sınağa çəkəcək. Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.

Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.


25 may

17:00. Almaniya - Azərbaycan

Hakimlər: Milan Raykoviç (Xorvatiya), Alin Mateyzer (Rumıniya)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

Almaniya: 1. Kristian Fromm, 2. Markus Stevervald, 3. Ruben Şot, 5. Morit Reyçert, 6. Denis Kaliberda, 8. Markus Böhme, 9. Giorgi Qrozer, 10. Şöps Yoçen, 11. İmmanuel Kampa, 13. Simon Hirş, 16. Julian Zenger, 17. Yan Zimmermann, 20. Filipp Kollin, Tobias Krik

Lion, İdman Sarayı

N

Ölkə

O

Q

M

S

T

X

1

Fransa

1

1

0

3-0

75-30

3

2

Almaniya

1

1

0

3-0

75-55

3

3

Türkiyə

1

1

0

3-0

75-55

3

4

Azərbaycan

1

0

1

0-3

55-75

0

5

Ukrayna

1

0

1

0-3

55-75

0

6

İslandiya

1

0

1

0-3

30-75

0