çərşənbə axşamı, 16 aprel 2024

VOLEYBOL

Komandamız seçmə mərhələyə uğurla başlayıb

30.05.2017 21:10 Oxundu 4437

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarına start verilib. Mundiala birbaşa vəsiqə qazanmaq uğrunda 6 komanda mübarizə aparır. Bakı İdman Oyunları Sarayında qrupda mübarizə Danimarka – Hollandiya oyunu ilə başlayıb. "Narıncılar" rəqiblərinə şans verməyiblər. Onlar danimarkalıları 3:0 hesabı ilə məğlub ediblər. Ardınca Faiq Qarayevin yetirmələri Norveçlə qüvvəsini sınayıb. Tarixində 4-cü dəfə mundiala yollanmaq iddiasında olan komandamız buna pley-offsuz nail olmaq üçün birinci yer tutmalıdı. Bu səbəbdən onlar seçmə mərhələyə uğurla başlayıblar. Voleybolçularımız nəinki xal, heç set belə itirməyiblər. Belə ki, ilk dəqiqələrdən təşəbbüsə yiyələnən komandamız birinci seti 10 top fərqi ilə irəlidə bitirib. İkinci hissəni 25:10 hesabı ilə aktivinə yazan yığmamız son seti daha asan qazanıb. Faiq Qarayevin yetirmələri bu dəfə 25:6 hesabı ilə qalib gəliblər.

İlk tura Hollandiya və Azərbaycan kimi iddialı olan Ukraynanın oyunu ilə yekun vurulub. Onlar İsrail millisini 3:0 hesabı ilə məğlub ediblər.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

I tur

İsrail - Ukrayna - 0:3 (22:25, 20:25, 11:25)

Hakimlər: Bruno Muho (Xorvatiya), Saşa Stanişiç (İsveçrə)

Danimarka – Hollandiya - 0:3 (12:25, 13:25, 9:25)

Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Miklişiç (Sloveniya)

Azərbaycan - Norveç - 3:0 (25:15, 25:10, 25:6)

Hakimlər: Sabine Vitt (Almaniya), Roberto Boris (İtaliya)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova.

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

1

1

0

3-0

75-31

3

2

Hollandiya

1

1

0

3-0

75-34

3

3

Ukrayna

1

1

0

3-0

75-53

3

4

İsrail

1

0

1

0-3

53-75

0

5

Danimarka

1

0

1

0-3

34-75

0

6

Norveç

1

0

1

0-3

31-75

0