çərşənbə axşamı, 17 oktyabr 2017

Menu

çərşənbə axşamı, 17 oktyabr 2017

ŞAHMAT

Minskdə şahmat üzrə Avropa çempionatı start götürüb

30.05.2017 22:52

Minskdə şahmat üzrə Avropa çempionatı start götürüb. Turnirdə 38 ölkədən təqribən 400 şahmatçı, o cümlədən reytinq favoritlər – David Navara (Çexiya), Dmitri Andreykin və Dmitri Yakovenko (hər ikisi Rusiya) iştirak edirlər.

Azərbaycanı 9 şahmatçı – qrossmeysterlər Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Nicat Abbasov, beynəlxalq ustalar Vüqar Əsədli, Orxan Abdulov, Nərmin Xələfova, FİDE ustası Kənan Qarayev, habelə Rəvan Əliyev təmsil edirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Avropa Şahmat İttifaqı tərəfindən təşkil edilən çempionat 18-ci dəfədir keçirilir. Ötən il Kosovoda keçirilən çempionatda rusiyalı qrossmeyster Ernesto İnarkiyev qalib gəlib.

Turnirin mükafat fondu 100 min avrodur. Qalib şahmatçı 20 min, ikinci yerin sahibi 15 min, üçüncü yerin sahibi isə 10 min avro qazanacaqlar. “Yuniorlar”, “veteranlar” və “ən yaxşı qadın şahmatçı” nominasiyalarında üç mükafatlı yerin sahiblərinə xüsusi pul mükafatları təqdim olunacaq.

2017-ci ilin Avropa çempionatı Gürcüstanda keçiriləcək növbəti Dünya Kuboku turnirinə seçmə mərhələdir. Beynəlxalq Şahmat Federasiyasının əsasnaməsinə görə, turnirin 22 ən yaxşı şahmatçısı Dünya Kuboku yarışlarına vəsiqə qazanır.

Bu turnir Xantı-Mansiyskdə dünya komanda çempionatına hazırlıq kimi də nəzərdən keçirilir.

Oxundu: 426

© 2017 - NSPSOLUTIONS