cümə, 19 aprel 2024

SARI KART

"Arsenal"da "islahatlar"

31.05.2017 15:40 Oxundu 3468

“Arsenal” baş məşqçi Arsen Vengerlə mövcud müqavilənin müddətini iki il uzadıb. Yeni müqavilə sayəsində 67 yaşlı fransız məşqçi illik 8 milyon funt-sterliq qazanacaq. Qeyd edək ki, A. Venger 1996-cı ildən bəri “Arsenal”ı çalışdırır. İngiltərə çempionatının sonuncu mövsümündə komanda onun rəhbərliyi altında ilk dəfə olaraq ilk dördlüyə düşə bilməyib. Bununla belə, “Arsenal” İngiltərə Federasiya Kubokunun finalında “Çelsi”ni 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Xatırladaq ki, İngiltərə Premyer Liqasında ən çox qazanan baş məşqçi “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardioladır. O, illik 15,3 milyon funt-strelinq məvacib alır. Siyahıda sonrakı yerləri müvafiq olaraq “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo (12,3 milyon), “Liverpul”un çalışdırıcı Yurgen Klopp (7 milyon) və “Çelsi”nin baş məşqçisi Antonio Konte (6,5 milyon) tuturlar.