şənbə, 23 sentyabr 2017

Menu

şənbə, 23 sentyabr 2017

VOLEYBOL

Voleybolçularımız İsrail millisinə qalib gəliblər

02.06.2017 19:07

İyunun 2-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunda üçüncü gündə sonuncu görüş Azərbaycan və İsrail milliləri arasında baş tutub. Azərbaycan komandası oyunda 3:0 hesabı ilə qalib gəlib. İlk setdə Azərbaycan komandası 25:9 hesabı ilə asan qələbə qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən ikinci setdə Azərbaycan komandası 25:14 hesabı ilə üstün olub. Üçüncü seti də qələbə (25:18) ilə başa vuran Azərbaycan komandası matçda qalibiyyətini rəsmiləşdirib.

Hazırda Azərbaycan və Hollandiya milliləri 9 xalla “E” qrupunda liderdirlər. Ukrayna milli komandası 6 xalla ikinci, İsrail 3 xalla üçüncü yerdədir. Norveç və Danimarka komandalarının isə hesabında xal yoxdur.

Azərbaycan millisi növbəti oyununu iyunun 3-də saat 17.30-da Hollandiya yığmasına qarşı keçirəcək.

Beləliklə, ardıcıl 4-cü matçda 4-cü 3 xallıq qələbə komandamızı növbəti mərhələyə daşıyıb. Yığmamız sabah baş tutacaq Hollandiya ilə oyunun nəticəsindən asılı olmayaraq, qrupda qalmayacaq. "Narıncılar"a qalib gələcəyimiz halda birbaşa final mərhələsinə, uduzacağımız halda isə pley-offa yüksələcəyik.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

IV tur

2 iyun

Hollandiya – Ukrayna - 0:0

Hakimlər: Saşa Stanisiç (İsveçrə), Bruno Muxa (Xorvatiya)

İsrail – Azərbaycan - 0:3 (9:25, 14:25, 18:25)

Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Sabine Vitte (Almaniya)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

Danimarka – Norveç - 1:3 (25:21, 15:25, 23:25, 15:25)

Hakimlər: Roberto Boris (İtaliya), Mixail Temelis (Yunanıstan)

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

3

3

0

9-0

225:126

9

2

Hollandiya

3

3

0

9-1

247-142

9

3

Ukrayna

3

2

1

6-4

227-205

6

4

İsrail

3

1

2

4-6

198-231

4

5

Norveç

3

0

3

1-9

146-247

0

6

Danimarka

3

0

3

0-9

133-225

0

Oxundu: 380

© 2017 - NSPSOLUTIONS