cümə axşamı, 18 aprel 2024

VOLEYBOL

Millimiz qalib gələcəyi halda...

03.06.2017 09:12 Oxundu 4833

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarına yekun vurulacaq. Ardıcıl 4 oyunda “quru hesab”la qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan son turda Hollandiya ilə qarşılaşacaq. Millimiz kimi “narıncılar” da bütün matçlarını qələbə ilə başa vurub. Hər iki komanda topladığı maksimum xalla qrupda ilk iki pillədə qərarlaşıblar. Ümumiyyətlə, rəqiblərdən ikisinin də növbəti mərhələyə yüksələcəyi dəqiq olsa da, kimin mundiala birbaşa, kimin pley-off vasitəsilə gedəcəyi həlledici qarşılaşmanın nəticəsindən asılı olacaq. Millimiz qalib gələcəyi halda dünya çempionatına birbaşa yollanacaq.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

V tur

3 iyun

15:00. Norveç – İsrail

Hakimlər: Bruno Muxa (Xorvatiya), Roberto Boris (İtaliya)

17:30. Azərbaycan – Hollandiya

Hakimlər: Mixail Temelis (Yunanıstan), Saşa Stanisiç (İsveçrə)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

20:00. Ukrayna – Danimarka

Hakimlər: Sabine Vitte (Almaniya), Sanya Mikloşiç (Sloveniya)

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

4

4

0

12-0

300-167

12

2

Hollandiya

4

4

0

12-2

347-233

12

3

Ukrayna

4

2

2

7-7

318-305

6

4

İsrail

4

1

3

4-9

239-306

3

5

Norveç

4

1

3

4-10

242-325

3

6

Danimarka

4

0

4

1-12

211-321

0