çərşənbə axşamı, 21 noyabr 2017

Menu

çərşənbə axşamı, 21 noyabr 2017

BOKS

Avropa çempionatı üçün heyətimiz açıqlandı

03.06.2017 13:46

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib. 9 gün davam edəcək yarışda ölkəmiz tam heyətlə təmsil olunacaq.

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.

Komandamızın heyəti aşağıdakı kimidir:

49 kq. Məsud Yusifzadə
52 kq. Elvin Məmişzadə
56 kq. Tayfur Əliyev
60 kq. Cavid Çələbiyev
64 kq. Lorenzo Sotomayor
69 kq. Pərviz Bağırov
75 kq. Kamran Şahsuvarlı
81 kq. Eldar Quliyev
91 kq. Abdulqadir Abdullayev
+91 kq. Məhəmmədrəsul Məcidov

Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün başa vuracaq yığmamız hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar.

Oxundu: 522

© 2017 - NSPSOLUTIONS