Cümə, 24 noyabr 2017

Menu

Cümə, 24 noyabr 2017

VOLEYBOL

Yığmamız qrup lideri kimi dünya çempionatının final mərhələsinə yüksəlib

03.06.2017 20:35

İyunun 3-də Bakı İdman Sarayında qadın voleybol komandaları arasında dünya çempionatının seçmə mərhələsində Hollandiya ilə qarşılaşan Azərbaycan millisi gərgin və maraqlı keçən qarşılaşmadan qalib ayrılıb. Komandamız hər üç setdə inamlı oyun nümayiş etdirərək "quru" hesabla rəqibini məğlub edib. Matçın ilk hissəsində azarkeşlər gərgin oyunun şahidi olublar. Əzmkarlıq nümayiş etdirən voleybolçularımız 30:28 hesablı qələbəyə seviniblər. İkinci setdə də rəqibinə şans verməyən komandamız 25:22 hesabı ilə üstün olub. Üçüncü hissədə isə böyük hesabla (25:13) qalib gələn Azərbaycan yığması qrup lideri kimi dünya çempionatının final mərhələsinə yüksəlib. Hollandiya millisi isə play-off mərhələsində mübarizə aparacaq.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

V tur

3 iyun

Azərbaycan – Hollandiya - 3:0 (30:28, 25:22, 25:13)

Hakimlər: Mixail Temelis (Yunanıstan), Saşa Stanisiç (İsveçrə)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

20:00. Ukrayna – Danimarka

Hakimlər: Sabine Vitte (Almaniya), Sanya Mikloşiç (Sloveniya)

Norveç – İsrail - 1:3 (19:25, 25:15, 17:25, 15:25)

Hakimlər: Bruno Muxa (Xorvatiya), Roberto Boris (İtaliya)

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

4

4

0

12-0

300-167

12

2

Hollandiya

4

4

0

12-2

347-233

12

3

Ukrayna

4

2

2

7-7

318-305

6

4

İsrail

4

1

3

4-9

239-306

3

5

Norveç

4

1

3

4-10

242-325

3

6

Danimarka

4

0

4

1-12

211-321

0

Oxundu: 632

© 2017 - NSPSOLUTIONS