çərşənbə axşamı, 17 oktyabr 2017

Menu

çərşənbə axşamı, 17 oktyabr 2017

GÜLƏŞ

İlk yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar

07.06.2017 10:45

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə güləş üzrə beynəlxalq turnir keçirilir. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız turnirdə iştirak edir. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında turnirdə iştirak edən güləşçilərimiz ilk yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Turnirdə 42 kiloqram çəkidə mübarizə aparan Qurban Qurbanov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Həlledici görüşdə komanda yoldaşına uduzan Ariz Hüseynov isə gümüş medalla kifayətlənib.

Əsgər Əlizadə (50 kq) də bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına yiyələnib. Əsgər Əlizadə, həmçinin günün “Ən texnikalı güləşçi” mükafatına da layiq görülüb və xüsusi kubokla təltif olunub.

Bürünc medalı isə yığmamıza Zaur Əliyev (50 kq) qazandırıb.

Turnirin ikinci günündə 46, 54, 63, 76 və 100 kiloqram çəkidə qaliblər müəyyənləşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edir.

Qeyd edək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı iyulun 24-30-da Bosniya və Herseqovinada, dünya çempionatı isə sentyabrın 4-10-da Yunanıstanda baş tutacaq.

Oxundu: 475

© 2017 - NSPSOLUTIONS