cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Zirə" Boluda "İnter"i məğlub etdi

13.06.2017 23:47 Oxundu 1494

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" və "Zirə" klubları bu gün Boludakı hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçiriblər. Qarşılaşmanın taleyi əsas heyətlərin üz-üzə gəldiyi ilk yarıda həll olunub. Əvvəlcə Milan Duriç fərlənib. Bu qolda topu rəqib qapıçıdan alan Orxan Əliyevin əməyi böyük olub. Ardından isə Rəşad Sadiqovun başladığı hücumu Nicat Qurbanov davam etdirib. Onun qapı qarşısına ötürməsindən sonra isə Orxan Əliyev başla baxımlı qola imza atıb. Beləcə, “Zirə” Boludakı ilk yoxlama oyunundan qalib ayrılıb 2:0. “İnter” isə bir neçə gün öncə Kamerun klubu ilə də qarşılaşmış və 1:0 hesabıyla qalib gəlmişdi.

“Qartallar” iyunun 17-də keçiriləcək ikinci yoxlama oyununda məhz “İnter”in tək qolla yendiyi Kamerunun “Columbe Sportive” klubu ilə üz-üzə gələcək. "İnter" də Boluda daha bir oyun keçirməyi planlaşdırır. Rəqib barədə əlavə məlumat veriləcək.