cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Neftçi"də yeni məşqçi təyinatı olub

14.06.2017 15:41 Oxundu 1586

"Neftçi” futbol klubunun qapıçılar üzrə məşqçisi vəzifəsinə yeni təyinat baş tutub. Klubun rəsmi saytının məlumatına görə, bu vəzifəni Rauf Salamov yerinə yetirəcək. 49 yaşlı mütəxəssis ailəvi səbəblərdən postunu tərk edərək, Rusiyanın paytaxtı Moskvaya yollanan Dmitri Kramarenkonu əvəzləyib. R.Salamov 1994 - 1996, 1998 - 1999-cu illərdə "Neftçi”də çıxış edib. Salamov bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub.