cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Çin Futbol Federasiyası futbolçu transferi ilə bağlı yeni qərarlar alıb

15.06.2017 00:24 Oxundu 1704

Çin Futbol Federasiyası futbolçu transferi ilə bağlı yeni qərarlar alıb. “qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, son dövrlərdə fantastik qiymətə edilən transferlərdən sonra Çin Futbol Federasiyası transferlərdə maksimum hədd qoymağa məcbur qalıb.

Belə ki, bundan sonra Çin klubları əcnəbi futbolçuları alarkən maksimum 5,9 milyon avro xərcləyə biləcək. Yerli futbolçular üçün isə bu məbləğ 2,6 milyon avro təyin edilib.

Bundan başqa, Çin klublarına aldıqları əcnəbi oyunçunun sayı qədər heyətə yaşı 23-dən az olan çinli futbolcu salmaq məcburiyyəti qoyulub.

Qeyd edək ki, Çində klubların maksimum 5 əcnəbi almaq icazəsi var. Onlardan biri mütləq Asiya ölkələrindən olmalıdır. 18 nəfərlik heyətə isə yalnız 4 əcnəbi daxil etmək olurdu. Yeni qərara isə bu say da 3-ə endirlib.