cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Ən yaxşı cavab susmaqdır"

15.06.2017 16:08 Oxundu 1484

Vergi fırıldaqçılığında ittiham olunan İspaniyanın "Real Madrid" klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo bununla bağlı mətbuat aləmində gedən yazılara öz İnstaqram səhifəsində belə reaksiya verib: "Ən yaxşı cavab susmaqdır".

Qeyd edək ki, İspaniyanın "Real Madrid" klubunda oynayan portuqaliyalı futbolçu Kriştiano Ronaldo vergi fırıldaqçılığında günahlandırılır. Müvafiq ittihamla Madrid prokurorluğu məhkəməyə müraciət edib.

Prokurorluq Kriştiano Ronaldonu 2011-2014-cü illərdə dörd vergidən yayınma epizodunda iştirakda şübhəli bilir. Bunlardan birində futbolçu 14,7 milyon avroluq vergi fırıldaqçılığında şübhəli bilinir.

Hüquq mühafizə orqanlarında hesab edirlər ki, Ronaldo gəlirlərini vergi orqanlarından gizlətmək məqsədi ilə 2010-cu ildə xüsusi yaradılmış şirkətlər şəbəkəsindən istifadə edib.