çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Xamesin müştəriləri tələb olunan 75 milyon avronu ödəməyə hazır deyil

15.06.2017 18:57 Oxundu 1598

"Real Madrid" bu yay Xames Rodriqezi satmaq fikrindədir. Klubun prezidenti Florentino Perez onun qalmasını istəsə də, baş məşqçi Zinəddin Zidan Xamesin xidmətində maraqlı deyil. 25 yaşlı futbolçu 6 klubun maraq dairəsindədir. Onlardan heç biri transfer üçün tələb olunan 75 milyon avronu ödəməyə hazır deyil. Real alıcılardan "Manchester United" 50, "İnter" 40 milyon avro təklif edir. PSG isə ilk öncə Anhel Di Maria və Xavyer Pastorenin gələcəyi ilə bağlı qərar verməyi düşünür. Xames "Arsenal", "Tottenham" və "Liverpool"un da diqqətini cəlb edib.