şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Haiti yığmasının hücumçusu “Zirə”nin şərəfini qoruyacaq

15.06.2017 19:15 Oxundu 1504

Türkiyənin Bolu şəhərində məşqlərini davam etdirən “Zirə” daha bir futbolçu ilə güclənib. Haiti yığmasının hücumçusu Kervens Belfort bundan sonra “Zirə”nin şərəfini qoruyacaq. Futbolçu ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.
Kervens Belfort karyerasına ölkəsinin “Tempete” klubunda başlayıb. Bundan sonra isə o, Fransa, İsveçrə, Cənubi Kipr, Türkiyə və Hindistan çempionatında çıxış edib. Hücumçunun son klubu İsveç təmsilçisi “Siriyanska” olub.