cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Donnarumma “Milan”la yeni müqavilə imzalamaqdan imtina edib

16.06.2017 00:12 Oxundu 1496

Canluici Donnarumma “Milan”la yeni müqavilə imzalamaqdan imtina edib. Bu haqda “Qırmızı-qaralar”ın baş direktoru Marko Fassone açıqlama verib. O qeyd edib ki, 18 yaşlı qapıçının meneceri Mino Rayola bildirib ki, müştərisi “Milan”la yeni müqavilə imzalamaq fikrində deyil. Bu, yekun qərardı.
"Onun müqaviləsi 2018-ci ilin 30 iyununda başa çatır. Biz Donnarummanın uzun müddət “Milan”ın qapısını qoruyacağına ümid edirdik. İndi sonluğun belə alınması çox təəssüfləndiricidi” - deyə Fassone bildirib. Qeyd edək ki, “Milan” Donnarummaya ildə 4,5 milyon avroluq əmək haqqı təklif edib.

Hazırda 18 yaşlı qapıçını PSJ və “Real” heyətində görmək istəyir. Donnarummanın özünün Madrid klubunda forma geymək istədiyi bildirilir.