şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Asim İbrahimov “Adanaspor”un idman direktoru vəzifəsinə təyin olunub

16.06.2017 00:47 Oxundu 2420

Azərbaycanlı futbol mütəxəssisi Asim İbrahimov Türkiyədə çalışacaq. O, “Adanaspor” klubunun idman direktoru vəzifəsinə təyin olunub. Bunu yerli mətbuata açıqlamasında Adana təmsilçisinin mətbuat katibi Erkin Doyqun söyləyib: “Asim İbrahimovla hərtərəfli anlaşdıq. O, bundan sonra klubun idman direktoru kimi fəaliyyət göstərəcək. Bu təyinat sayəsində Türkiyənin qardaş ölkə Azərbaycanla idman əlaqələrinin gücləndiriləcəyinə inanırıq”. Qeyd edək ki, Asim İbrahimov ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi” klublarında çalışıb.

Xatırladaq ki, bu mövsüm Superliqanı tərk edən Adana təmsilçisi I liqada çıxış edəcək. “Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silva da da hazırda bu komandada çıxış edir.