çərşənbə, 16 avgust 2017

Menu

çərşənbə, 16 avgust 2017

DIGƏR NÖVLƏR

Millimiz Ermənistanla qarşılaşacaq

16.06.2017 12:54

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatında qrup mərhələsinin oyunları başa çatıb. "apasport"un məlumatına görə, ilk 2 turdan sonra aktivində 2 xalı olan Azərbaycan millisi sonuncu oyunda Kiprlə üz-üzə gəlib. Qarşılaşma həndbolçularımız üçün uğursuz alınıb. Komandamız 28:32 (13:18) hesabı ilə uduzmaqla, 1/4 final şansını dəfn edib. Rəqiblərimizdən Kiprlə yanaşı, təmsilçimizi məğlub edən Bolqarıstan da mərhələ adlayıb.

Buna baxmayaraq, Hikmət Abdullayevin yetirmələri yarışda mübarizəni davam etdirəcəklər. C qrupunda 3-cü olan yığmamız 9-16-cı yerlər uğrunda ilk olaraq D qrupunu xalsız başa vuran Ermənistanla oynayacaq. Aşkar zəif olan rəqiblə matç bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Təmsilçimiz Ermənistandan güclü olarsa, İrlandiya – Malta cütünün qalibi ilə üz-üzə gələcək.

Oxundu: 132

© 2017 - NSPSOLUTIONS