Cümə, 15 dekabr 2017

Menu

Cümə, 15 dekabr 2017

BOKS

Boksçularımızın rəqibləri müəyyənləşdi

16.06.2017 17:56

Ukraynanın Xarkov şəhərində keçiriləcək boks üzrə Avropa çempionatının püşkü atılıb. 40 ölkədən 258 idmançının qatılacağı yarışda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri məlum olub.

Millimizin heyətində 2 boksçumuz 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.

18 iyun
1/16 final. Cavid Çələbiyev (60 kq) – Edqaras Skurdelis (Litva)
1/16 final. Eldar Quliyev (81 kq) – Müslim Hacımaqomedov (Rusiya)

19 iyun
1/8 final. Məsud Yusifzadə (49 kq) – Nazar Kurotçin (Ukrayna)
1/8 final. Elvin Məmişzadə (52 kq) – İstvan Şaka (Macarıstan)/Manuel Fabritsio Kappai (İtaliya)
1/8 final. Lorenzo Sotomayor (64 kq) – Vahid Hambli (Fransa)/Fredi Çiobanu (Rumıniya)
1/8 final. Pərviz Bağırov (69 kq) – Anas Messaudi (Belçika)/Simyon Çamov (Bolqarıstan)
1/8 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Aleksandr Kaleyev (Belarus)/Petar Belberov (Bolqarıstan)

20 iyun
1/8 final. Tayfur Əliyev (56 kq) – Severlan Çiladze (Gürcüstan)/Antoni Ceyms Uolker (İrlandiya)
1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Bartoş Qolebiyevski (Polşa)/Emmet Brennan (İrlandiya)
1/8 final. Abdulqadir Abdullayev (91 kq) – Şott Antoni Forrest (Şotlandiya)/Zoran Radiç (Serbiya)

Qeyd edək ki, yarışda iyunun 16-20-də ilkin döyüşlər baş tutacaq.
“Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə – iyunun 24-də isə qaliblərin adları bilinəcək.

Oxundu: 549

© 2017 - NSPSOLUTIONS