Cümə, 15 dekabr 2017

Menu

Cümə, 15 dekabr 2017

BIZIM FUTBOL

AFFA-nın ilk prezidenti Fuad Musayev dünyasını dəyişib

16.06.2017 22:47

AFFA-nın ilk prezidenti Fuad Musayev rəhmətə gedib. "apasport"un məlumatına görə, mərhum bu gün günorta saatlarında dünyasını dəyişib. Məlumatı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu da təsdiqləyib. O, əməkdaşımızla söhbətində bu barədə Musayevin ailəsi tərəfindən onlara məlumat verildiyini qeyd edib. Mərhumun böyrək çatışmazlığı ilə əlaqədar tez-tez Moskvaya səfər etdiyi və orda vəfat etdiyi bildirilib. Qeyd edək ki, Musayev Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib. O, bu ilin yanvarında 79 yaşını qeyd etmişdi.

Allah rəhmət eləsin!

Oxundu: 218

© 2017 - NSPSOLUTIONS