Cümə, 15 dekabr 2017

Menu

Cümə, 15 dekabr 2017

VOLEYBOL

Millimiz növbəti matçını İsveçə qarşı keçirəcək

17.06.2017 01:29

Bu gün kişi voleybolçular arasında Avropa Liqasında ikinci turun oyunları keçiriləcək. A qrupunda yer alan millimiz növbəti matçını İsveçə qarşı keçirəcək.

İlk görüşdə Makedoniyaya 0:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri qrupdan çıxmaq üçün sonrakı qarşılaşmalardan qalib ayrılmalıdırlar.

İsveç millisi də ilk matçında məğlubiyyətə düçar olub. Skandinaviyalılar Albaniyaya 2:3 hesabı ilə yeniliblər.

Qrupdakı digər oyunda isə iki qalib komanda – Albaniya ilə Makedoniya ilə üz-üzə gələcəklər.

Avropa Liqası

II tur

19:00. İsveç – Azərbaycan

Hakimlər: Tiran Şayno (İsrail), Sergey Hulko (Ukrayna)

Skopye, Boris Traykovski Sarayı

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.

21:30. Albaniya – Makedoniya

Hakimlər: Yasmin Huseynoviç (Bosniya və Herseqovina), Stoyan Baryev (Bolqarıstan)

Skopye, Boris Traykovski Sarayı

N

Ölkə

O

Q

M

S

T

X

1

Makedoniya

1

1

0

3-0

75-58

3

2

Albaniya

1

1

0

3-2

104-106

2

3

İsveç

1

0

1

2-3

106-104

1

4

Azərbaycan

1

0

1

0-3

58-75

0

Oxundu: 543

© 2017 - NSPSOLUTIONS