şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“İnter” Rumıniyanın "Vitorul Konstanța" klubu ilə üz-üzə gələcək

17.06.2017 01:38 Oxundu 1347

Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün son hazırlıq matçını keçirəcək. Paytaxt təmsilçisi Rumıniyanın "Vitorul Konstanța" klubu ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 18:00-dabaşlayacaq oyun Düzce Stadionunda baş tutacaq.

Qeyd edək ki, toplanış çərçivəsində artıq iki qarşılaşmada gücünü sınamış “İnter” ilk oyununda Kamerun klubu “Columbe Sportive”yə 1:0 hesabıyla qalib gəlib, ikinci oyununda isə digər təmsilçimiz “Zirə”yə 0:2 hesabı ilə məğlub olub