cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“Roma”nı Françesko çalışdıracaq

17.06.2017 14:48 Oxundu 1329

“Roma” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Paytaxt təmsilçisini bundan sonra Eusebio Di Françesko çalışdıracaq.

Qırx yeddi yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb. Di Françesko baş məşqçi vəzifəsində Luçano Spalettini əvəzləyib.

O, “Roma” üçün yad biri deyil. Belə ki, Eusebio 1997-2001-ci illərdə futbolçu kimi “canavarlar”ın şərəfini qoruyub.

Qeyd edək ki, Di Françeskonun rəhbərliyi altında ötən mövsüm “Sassuolo” Avroliqaya vəsiqə qazanmışdı.