çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

"Krılya Sovetov" Azər Əliyevlə müqavilə bağlayıb

17.06.2017 15:19 Oxundu 1614

Rusiyanın "Krılya Sovetov" klubu əslən azərbaycanlı futbolçu Azər Əliyevlə müqavilə bağlayıb.

23 yaşlı yarımmüdafiəçi 1 illik anlaşmaya imza atıb. Əliyev yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Hazırda Serbiyada təlim-məşq toplanışında olan "Krılya Sovetov" yerli "Dunav" komandası ilə yoxlama matçı keçirib. Əliyev 7-ci dəqiqədə hesabı açıb. Görüş komandasının qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, Azər Əliyev ötən mövsümü I Divizionda çıxış edən "Yenisey"də "Krılya Sovetov"un hazırkı baş məşqçisi Andrey Tixonovun rəhbərliyi altında keçirib.